AZ

Fyodor Bondarçuk Rusiya vətəndaşlarının İrandan təxliyə olunmasında göstərilən yardıma görə Prezident İlham Əliyevə təşəkkür edib

Bakı. Trend:

Rusiya Federasiyasının Xalq Artisti, rejissor Fyodor BondarçukRusiya vətəndaşlarının İrandan təxliyəsinə göstərdiyi yardıma görəAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkküredib.

Trend xəbər verirki, bunu CBC-yə müsahibəsində Rusiya Federasiyasının Xalq Artisti,rejissor Fyodor Bondarçuk İrandan Azərbaycana sərhəd vasitəsiləxarici ölkə vətəndaşlarının təxliyəsi zamanı deyib.

“Mən Prezident İlham Əliyevə İranla Azərbaycan arasındakısərhədi keçməkdə göstərilən misilsiz yardıma görə təşəkkür edirəm.Əslində, hər kəs kömək etdi. Rusiyanın Tehrandakı səfirliyi vəkonsulluğu barədə də deməliyəm. Onlar bizi demək olar ki, sərhədinqapısına qədər müşayiət etdilər”, – deyə o qeyd edib.

O həmçinin, Rusiya Federasiyasının Mədəniyyət Nazirliyinə dətəşəkkürünü bildirib.

“Qrupda 90 nəfər var, hamısı sağ-salamatdır. Onlar indi sərhədikeçir. Bir hissəsi bu gün, digərləri isə Bakıda qalıb bir qədərsonra yola düşəcəklər. Hamımız bir az yorğunuq”, – deyə Bondarçukəlavə edib.

Qeyd edək ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi havazərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəlihərbçi, o cümlədən, İran Silahlı Qüvvələri Baş Qərargah rəisiMəhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) başkomandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanıQulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb.

Elə həmin günün axşamı, İran “Həqiqi Vəd III Əməliyyatı” iləIsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə 150-dənçox ballistik raket və 100-dən çox pilotsuz uçuş aparatı buraxılıb,bu da mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.

Məqalədə:
Seçilən
29
2
az.trend.az

3Mənbələr