AZ

İran SEPAH-da yeni təyinat olub

Bakı. Trend:

İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) Hərbi HavaQüvvələrinə komandan olaraq briqada generalı Seyid Məcid Musəvitəyin olunub.

Trend-inməlumatına görə, bununla əlaqədar İranın Ali Lideri Ayətulla SeyidƏli Xamenei müvafiq qərar verib.

Qərara əsasən, ordu generalı Əmir Əli Hacızadənin İsrailin İranahərbi hava hücumları nəticəsində öldüyünü nəzərə alaraq, SEPAH-ınHərbi Hava Qüvvələrinə briqada generalı Seyid Məcid Musəvi başçılıqedəcək.

Qeyd edək ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi havazərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəlihərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisiMəhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) başkomandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanıQulaməli Rəşid, SEPAH-ın Hərbi Hava Qüvvələri komandanı Əmir ƏliHacızadə, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb.

Əlavə edək ki, ötən 13 iyun axşam saatlarında İran İsrailə qarşı“Doğru Vəd 3” hərbi hava əməliyyatının başladığını və İsraildəhərbi obyektlərin vurulduğunu bildirib.

Məqalədə:
Seçilən
55
50
az.trend.az

10Mənbələr