İran 15 iyun gecəsi İsrailin qırıcı təyyarələr üçün yanacaq istehsal edən obyektlərinə və enerji təchizatı mərkəzlərinə hücumlar həyata keçirib.
Bu barədə məlumatı İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) yayıb.
Məlumata görə, İran İsrailin son hava hücumu zamanı üç qanadlı raketini və on zərbə dronunu havada məhv edib.
"Əgər İsrailin hücumları davam edərsə, İran ordusunun cavab əməliyyatları "daha sərt və genişmiqyaslı" olacaq", - SEPAH açıqlayıb.