İsrail Ordusunun hücumu nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hava və Kosmik Qüvvələrinin Kəşfiyyat rəisinin müavini briqada generalı Xosrov Həsəni öldürülüb.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu özünün teleqram kanalında məlumat yayıb.
“General Xosrov Həsəni – həftəsonu İsrailin hücumu zamanı həlak olub”, – məlumatda deyilir.
Həsəni ilə birlikdə İran Silahlı Qüvvələrinin keçmiş baş komandanı Əmir-Əli Hacızadə də ölüb.