AZ

İran Böyük Britaniya, ABŞ və Fransaya xəbərdarlıq etdi

İran Böyük Britaniya, ABŞ və Fransa hakimiyyətlərini rəsmən xəbərdar edib ki, İranın İsrailə hücumlarını dəf etməkdə yəhudi dövlətinə kömək etsələr, onların Yaxın Şərq və Fars körfəzi ölkələrindəki hərbi obyektləri Tehranın zərbələrinin hədəfinə çevriləcək.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Mehr” agentliyinə məlumat yayıb.

Agentliyin məlumatına görə, Tehran onları hərbi obyektlərlə yanaşı, Fars körfəzi və Qırmızı dənizdəki mülki və hərbi gəmilərə hücum etməklə hədələyib.

09:52

İran ordusu İsrailə qarşı hücumları gücləndirməyə hazırlaşır və xəbərdarlıq edir ki, Yaxın Şərqdə yerləşən və İsraili müdafiə edən ölkələrin bazaları da hücum hədəfinə çevriləcək.

Bu barədə CNN telekanalı iranlı rəsmi mənbəyə istinadla məlumat yayıb.

“İranın hərəkətlərinə qarşı bu rejimi (İsraili) müdafiə etməyə çalışan hər hansı bir ölkə öz regiondakı bazalarının və mövqelərinin yeni hədəflərə çevriləcəyini görəcək”, – deyə iranlı rəsmi bildirib.

O əlavə edib ki, Tehran bu rejimə (İsrailə) “qətiyyətlə cavab vermək hüququnu” özündə saxlayır və hücumları gücləndirəcək.

Xatırladaq ki, ABŞ rəsmisi TASS-a açıqlamasında ABŞ-nin İranın İsrailə qarşı həyata keçirdiyi raket hücumlarının dəf edilməsində iştirak etdiyini təsdiqləyib. O, bu prosesdə ABŞ-nin konkret hansı addımlar atdığı barədə ətraflı məlumat verməyib.

Qeyd edək ki, İsrail iyunun 13-nə keçən gecə “Oyanan Şir” adlı hərbi əməliyyata başlayıb. Əməliyyat İranın nüvə proqramına qarşı yönəlib. İsrail Müdafiə Ordusu (SAXAL) bildirib ki, əməliyyatda 200 qırıcı təyyarə iştirak edib və İran ərazisində 100-dən çox hədəf, o cümlədən nüvə obyektləri vurulub.

Eyni günün axşamı İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) cavab olaraq İsrail ərazisinə onlarla raket hücumu həyata keçirdiyini bildirib. Hücumlar zamanı hərbi obyektlər və aviabazalar, o cümlədən Təl-Əvivdə Müdafiə Nazirliyinin binası hədəfə alınıb. İsrail rəsmiləri bəzi obyektlərin zərbə aldığını etiraf etsələr də, raketlərin böyük hissəsinin havada məhv edildiyini bildiriblər.//Oxu.az

Seçilən
75
50
nocomment.az

10Mənbələr