AZ

İran Prezidenti: İsrailin təcavüzü davam edərsə, Tehran daha güclü cavab verəcək

İranın nüvə proqramı ilə bağlı danışıqlar apardığı bir zamanda İsrailin zərbələrini ABŞ-la əlaqələndirməsi Vaşinqtonun etibarsızlığını göstərir.

Teleqraf xəbər verir ki, bunu Pakistanın baş naziri Şahbaz Şəriflə söhbətində İslam Respublikasının Prezidenti Məsud Pezeşkian deyib.

"Sionist rejimin danışıqların ortasında İran ərazisini işğal etmək üzrə hərəkətlərinin ABŞ-la əlaqələndirilməsi ABŞ-ın qeyri-səmimiliyinin və etibarsızlığının əlamətidir", - prezidentin mətbuat xidməti onun sözlərini sitat gətirir.

M.Pezeşkianın sözlərinə görə, İsrail İrana qarşı təcavüzünü davam etdirəcəyi təqdirdə daha güclü cavab alacaq.
Seçilən
17
3
sherg.az

5Mənbələr