AZ

Moskva İrana qarşı hərbi əməliyyatı pislədi

Rusiyanın xarici işlər naziri Sergey Lavrov İranın xarici işlər naziri Abbas Əraqçi ilə telefon danışığı aparıb.

Publika.az xəbər verir ki, bu barədə Rusiya diplomatik departamentinin saytında məlumat verilib.

Söhbət zamanı Lavrov vurğulayıb ki, Moskva İsrailin İslam Respublikasına qarşı BMT Nizamnaməsinə və beynəlxalq hüquqa zidd olaraq həyata keçirdiyi hərbi əməliyyatı pisləyir.

“İranın nüvə proqramı ətrafında vəziyyətin nizamlanması, eləcə də İran və İsrail arasında münaqişənin deeskalasiyası üçün səyləri asanlaşdırmağa davam etməyə hazır olduqları təsdiqlənib”, - məlumatda qeyd edilib.

Seçilən
22
14
publika.az

10Mənbələr