İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, İsrail təyyarələri tezliklə Tehran səmasında peyda olacaq və İranın "rejimin hər bir obyektinə və hər bir hədəfinə" zərbə endirəcək.
SİA-nın məlumatına görə, bu barədə “The Times of Israel” yazır.İsrail iyunun 13-nə keçən gecə İrana qarşı genişmiqyaslı əməliyyata başlayıb.Səhəri gün İsrail Hərbi Hava Qüvvələri respublikadakı hədəflərə zərbələr endirməkdə davam edib. “Yaxın vaxtlarda siz Tehran səmasında İsrail Hərbi Hava Qüvvələrinin təyyarələrini görəcəksiniz, biz ayətullah rejiminin hər bir obyektinə və hər bir hədəfinə zərbə endirəcəyik”, - deyə hökumət başçısı qeyd edib.
Netanyahu qeyd edib ki, İsrail hərbçiləri İranın aparıcı nüvə alimlərindən ibarət qrupa zərbələr endirib və bununla da İranın nüvə proqramını bir neçə il ləngidib.
Onun sözlərinə görə, İranın ballistik raketləri İsrail üçün ciddi təhlükə yaradır. O əlavə edib ki, İD iranlıları bu cür silah istehsal etmək imkanından məhrum etmək üçün hər şeyi edəcək.
...İranda indiyə qədər gördüyümüz işlər yaxın günlərdə ediləcəklərlə müqayisədə heç bir şey deyil,- deyə baş nazir yekunlaşdırıb.
Əli Babayev