AZ

Şəkidə yük maşını aşıb, ölən və xəsarət alan var

Şəkidə yük maşını aşıb, ölən və xəsarət alan var.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saat 18 radələrində Şəki şəhəri Bağbanlar küçəsində baş verib.

İlkin məlumata görə, avtomobil yük boşaldərkən aşıb. Nəticədə nəqliyyat vasitəsində olan 1968-ci il təvəllüdlü rayonun Baltalı kənd sakini Rizvan Cəlilov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Daha bir nəfər Şəki şəhər sakini 1967-ci il təvəllüdlü Nemət Alxasov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

N. Alxasov Şəki Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili Tibbi yardım Şöbəsinə yerləşdirlib.

Faktla bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.

Seçilən
6
17
apa.az

10Mənbələr