AZ

Tramp daha 36 ölkə vətəndaşının ABŞ yə girişini qadağan edə bilər

ain.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

ABŞ Prezidenti Donald Trampın administrasiyası daha 36 ölkənin vətəndaşlarının ölkəyə girişini qadağan edə və ya məhdudlaşdıra bilər.

Oxu.Az xəbər verirki, bu barədə ABŞ Dövlət Departamentindən daxili sənədləri əldə edən "The Washington Post" yazıb.

Nəşrin məlumatına görə, vətəndaşları ABŞ vizasının alınmasına qadağa qoyulan və ya digər məhdudiyyətlərlə üzləşən ölkələrin siyahısına Misir və Cibuti də daxil olmaqla 25 Afrika ölkəsi, həmçinin Mərkəzi Asiya və Karib hövzəsi ölkələri daxildir. Qeyd olunur ki, bu mövzuda memorandum ABŞ dövlət katibi Marko Rubio tərəfindən imzalanıb və bu siyahıda olan ölkələrə cavabdeh olan diplomatlara göndərilib.

Tramp bundan əvvəl 12 ölkə vətəndaşlarının ABŞ-yə girişini qadağan edib və daha yeddi ölkənin sakinləri üçün qismən məhdudiyyətlər qoyub. Tam qadağa Əfqanıstan, Haiti, İran, Yəmən, Liviya, Myanma, Konqo, Somali, Sudan, Çad, Ekvatorial Qvineya və Eritreya vətəndaşlarına şamil ediləcək. Bundan əlavə, Burundi, Venesuela, Kuba, Laos, Syerra-Leone, Toqo və Türkmənistan vətəndaşları üçün qismən məhdudiyyətlər tətbiq olunacaq.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
38
2
oxu.az

7Mənbələr