İranın hücumundan sonra İsrailin mərkəzində yerləşən Bat-Yam şəhərində partlayış baş verən ərazidə təxminən 35 nəfər itkin düşüb.
Operativ Media-nın məlumatına görə, İsrailin "Ynet" xəbər portalı Magen David Adom milli təcili yardım xidmətinə istinadən xəbər verir.
Son məlumata görə, Bat-Yam və Rehovot şəhərlərində zərərçəkənlərin sayı 137 nəfərə çatıb. Onlardan 6-sı ağır, 19-u orta-ağır, digərləri isə yüngül xəsarət alıblar.
Magen David Adomun məlumatına əsasən, həmin ərazilərdə həlak olan üç nəfər arasında 10 yaşlı bir uşaq və iki qadın da var.