Lent az saytından alınan məlumata görə, ain.az bildirir.
İyunun 14-də saat 17 radələrində Zaqatala rayonunun Mosul kəndi ərazisində motosiklet idarəetmədən çıxaraq aşıb. Müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilən sürücü, 1958-ci il təvəllüdlü Osman Orucov göstərilən tibbi yardımlara baxmayaraq bu gün gecə saatlarında orada ölüb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı cinayət başlanılıb, istintaq aparılır.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.