AZ

Zaqatalada qəzada yaralanan sürücü xəstəxanada ÖLDÜ

Zaqatala rayonunda ötən gün yol qəzasında xəsarət alan sürücü bu gün dünyasını dəyişib.

Viral.az “Report”a istinadən xəbər verir ki, hadisə iyunun 14-də saat 17:00 radələrində rayonun Mosul kəndi ərazisində qeydə alınıb.

Belə ki, motosikletin idarəetmədən çıxaraq aşması nəticəsində müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilən sürücü, 1958-ci il təvəllüdlü Osman Orucov göstərilən tibbi yardımlara baxmayaraq bu gün gecə saatlarında ölüb.

Son Yazılar:

DİN-in Mətbuat Xidmətinin regional qrupundan “Report”un sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı cinayət başlanılıb, istintaq aparılır.

Seçilən
7
5
viral.az

10Mənbələr