“İsrail hərbçiləri Tehranda və başqa yerlərdə hədəfləri vuracaq. İran ilanının dərisini soymağa davam edəcəyik, o, nüvə imkanlarından və silah sistemlərindən məhrum olunacaq”.
“Cebheinfo.az” “Times of Israel”-ə istinadən xəbər verir ki, bunu İsrail ordusunun iranlıları təxliyyə etmələri ilə bağlı xəbərdarlığından sonra müdafiə naziri İsrael Katz bildirib.
"İran diktatoru öz rejiminin qalması üçün Tehranı Beyruta, sakinlərini isə girovlara çevirir", - Katz əlavə edib.
Bundan əvvəl İran mediası İsrailin Tehranda yaşayış binasına zərbə endirməsi barədə məlumat yayıb.
İsrail ordusu da gecə ərzində zərbələr endirib, neft obyektlərinə və İran Müdafiə Nazirliyinə bağlı mərkəzə ziyan vurub.