AZ

Türkiyə və Rusiya XİN başçıları Yaxın Şərqdəki vəziyyəti müzakirə etdi

BAKI, 15 iyun. TELEQRAF

Türkiyə xarici işlər naziri Hakan Fidan rusiyalı həmkarı Sergey Lavrov ilə telefon danışığı aparıb.

Teleqraf xəbər verir ki, görüş zamanı İsrail ilə İran arasında davam edən qarşıdurma və yaranan gərginliyin regional və qlobal miqyasda yarada biləcəyi nəticələr müzakirə edilib.

Hakan Fidan danışıqlar zamanı baş verən hadisələrin narahatlıq doğurduğunu vurğulayıb. O qeyd edib ki, münaqişələrin sona çatması və İranın nüvə fəaliyyətləri ilə bağlı yaranan fikir ayrılıqlarının həlli üçün yeganə yol diplomatiyadır.

Seçilən
26
45
teleqraf.com

10Mənbələr