AZ

Naxçıvanda mikroavtobus aşıb, yaralılar var - FOTO

Naxçıvanda mikroavtobusun aşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, hadisə Naxçıvan-Batabat magistral yolunun Şahbuz rayonu Kolanı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, 67-BF-243 dövlət nömrə nişanlı "Mercedes" markalı mikroavtobus idarəetməni itirib. Yoldan çıxaraq dərəyə aşan mikroavtobusda olan sərnişinlərdən 4 nəfəri xəsarət alıb.Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, fakt araşdırılır.

Seçilən
26
12
unikal.az

2Mənbələr