
The New York Times-ın məlumatına görə, İsrailin Rexovot şəhərində yerləşən Veyçman Elmi İnstitutunun tədqiqat mərkəzi İranın zərbələrindən sonra alovlanıb.Nəşr hadisə barədə institutun yataqxanasında yaşayan bir tələbənin ifadəsinə istinad edir. O, qəzetə bildirib ki, tədqiqat mərkəzinin binasında divarların böyük hissəsi uçub.Qeyd olunur ki, zərbə dalğası yaxınlıqdakı binaların şüşələrini sındırıb. Zərərçəkənlər barədə məlumat hələlik yoxdur.İyunun 15-nə keçən gecə İran İsrailə qarşı hücumlarını bərpa edib. Bu, ölkəyə yönəlmiş aqressiyaya cavab olaraq həyata keçirilib. 40-dan çox raket Hayfa şəhərini hədəfə alıb. Hücumlarda həmçinin pilotsuz uçuş aparatları (PUA) da iştirak edib.Zərbələr nəticəsində neft emalı zavodu, eləcə də əsas hərbi obyektlər və silah istehsalı müəssisələri vurulub.Cavab olaraq, İsrail Müdafiə Ordusu Tehrandakı neft anbarına raket zərbəsi endirib. Jurnalistlərin yaydığı görüntülərdə anbarın üzərində tüstü buludlarının yüksəldiyi görünür.Ulusum.az
Diqqət Çəkənlər
Tehranda həyəcan dolu gecə! Xameneinin iqamətgahına raket zərbəsi endirildi
Dubayda 67 mərtəbəli göydələndə yanğın: 3800-dən çox insan təxliyə edildi - VİDEO
Məhkəmə qərarı şok etdi: Ozan Güvenə 15 ay həbs!