AZ

Rusiyalı alimlər İrandan Azərbaycana təxliyə edildilər

BRICS üzrə konfransda iştirak edən 14 rusiyalı alim İran-İsrail münaqişəsi zonasından təxliyə edilib.

Publika.az xəbər verir ki, bu barədə Rusiyanın Təhsil və Elm Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nümayəndə heyətinə Rusiya Təhsil və Elm Nazirliyinin tabeliyində olan təşkilatların əməkdaşları: Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktor müavini Vasili Kuznetsov və İMEMO RAS-ın kiçik elmi işçisi Evdokia Dobreva daxildir.

Münaqişə başlayandan sonra alimlər Rusiya səfirliyinin ərazisinə aparılıb, oradan Azərbaycana yola düşüblər.

Seçilən
19
11
publika.az

10Mənbələr