AZ

Netanyahudan İrana skeptik reaksiya: “Onlar vicdansız davranırlar”

Sherg.az saytına istinadən ain.az xəbər verir.

İsrailin Baş naziri Benyamin Netanyahu, İranın xarici işlər naziri Abbas Əraqçinin “əgər İsrail hücumları dayandırsa, İran da cavab zərbələrini dayandıracaq” şəklindəki bəyanatına skeptik yanaşıb.

Sherg.az xəbər verir ki, Netanyahu "Fox News" telekanalına verdiyi müsahibədə belə deyib:

“Birincisi, İran daim yalan danışır və aldatmağa çalışır. İkincisi, deyirlər ki, ‘biz dayandırarıq, əgər siz də dayandırsanız’. Amma onlar nüvə silahı üzərində işləməyə və ballistik raketlər istehsalına davam edəcəklər.”

İsrail baş nazirinin fikrincə, İran bu cür bəyanatlarla “vicdansız davranır”.

“Məsələ atəşkəs deyil. Məsələ gərginliyin azalması da deyil. Məsələ bizim sağ qalmağımıza yönəlmiş təhdidlərin dayandırılmasıdır və biz bu prosesi dayandırmaq niyyətindəyik”, — deyə Netanyahu əlavə edib.

Xatırladaq ki, bir qədər əvvəl İranın xarici işlər naziri Abbas Əraqçi bəyan etmişdi ki, İranın özünü müdafiəsi tamamilə legitimdir və əgər “İsrailin təcavüzü dayansa, Tahranın cavab tədbirləri də təbii olaraq dayanar.” Eyni zamanda, Əraqçi qeyd edib ki, “İsrail nə nüvə məsələsi üzrə saziş istəyir, nə danışıqlar, nə də diplomatiya.”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
78
1
sherg.az

10Mənbələr