Bərdədə baş verən qəzada 4 nəfər xəsarət alıb.
Teleqraf-ın yerli müxbiri xəbərinə görə, yol nəqliyyat hadisəsi Bərdə Tərtər yolunda baş verib. Hərəkətdə olan "KİA" markalı avtomobil "Mercedes" markalı avtomobillə toqquşub. Nəticədə zərbənin təsirindən hər iki avtomobil yoldan çıxaraq yol kənarındakı ağaclarıvə elektrik xəttiniqıraraq ağır qəza baş verib. Nəticədə "Mercedes" də olan 4 nəfər müxtəlif dərəcəli xəsarət alaraq Bərdə Diaqnostika Mərkəzinə çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.