AZ

İranın Nüvə Silahlarının Yayılmamasına dair Sazişdə qalıb-qalmaması əlaqədar qurumlarda araşdırılmalıdır – İran XİN mətbuat katibi

Bakı. Trend:

İranın Nüvə Silahlarının Yayılmamasına dair Sazişdə (NPT)qalıb-qalmaması kimi önəmli məsələlər əlaqədar dairələrdəaraşdırılmalıdır.

Trend-inməlumatına görə, bunu İran XİN-in mətbuat katibi İsmayıl Bəqai bugün (16 iyun) Tehranda mətbuat konfransında deyib.

Onun sözlərinə görə, İran Nüvə Silahlarının Yayılmamasına dairSazişdəki vəzifəsini bilir və İranın qənaətincə, Qərbi Asiyada heçbir tərəfin nüvə silahı olmamalıdır. Elə buna görə, İran QərbiAsiyada kütləvi qırğın silahının olmamasının tərəfdarıdır.

Bəqai deyib ki, İran nüvə silahları da daxil olmaqla, istənilənkütləvi qırğın silahlarını qadağan hesab edir.

Əlavə edək ki, İran parlamentinin deputatı Mehdi Kuçekzadəİranın Nüvə Silahlarının Yayılmamasına dair Sazişdən çıxması iləbağlı layihə hazırlayıb. Həmin layihə hazırda parlamentin auditidarəsi tərəfindən yoxlanmaqdadır. Layihə yoxlandıqdan sonraparlamentin gündəminə salınması üçün deputatlar tərəfindənimzalanmalıdır.

Qeyd edək ki, AEBA son hesabatında bildirib ki, 17 may 2024tarixinədək İranın 60% dərəcəsində zənginləşdirdiyi uranın həcmi408,6 kiloqram təşkil edib. 60% dərəcəsində zənginləşdirilən uranfevral ayında verilən hesabatla müqayisədə 133,8 kiloqram artıb.Hesabatda bu səviyyədə zənginləşdirmənin 90% zənginləşdirməsəviyyəsinə (silah səviyyəsi hesab olunur) qısa texniki addımolduğu hesab olunub. Agentlik İranı tam və effektiv əməkdaşlığaçağırıb.

Məqalədə:
Seçilən
23
az.trend.az

1Mənbələr