AZ

Azərbaycanda dərman və ərzaq qiymətləri arta bilər SƏBƏBLƏR KONKRET

Konkret.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

“Hazırda İranla İsrail arasında davam edən hərbi toqquşmalar region ölkələrinə, o cümlədən Azərbaycana təsirsiz ötüşmür. Münaqişə çərçivəsində İran ərazisindəki bir sıra strateji obyektlər bombalanıb. Eyni zamanda, İranın Azərbaycanla sərhəddə yerləşən bölgələri də hücumlara məruz qalıb”.

Bu fikirləri Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli KONKRET.az-a açıqlamasında səsləndirib:

“Bəzi strateji obyektlərin də məhz İran Azərbaycanı ərazisində yerləşməsi, bu regiondan Azərbaycana olan idxal proseslərini birbaşa təhlükə altına qoyur”.

Mütəxəssisin fikrincə, İrandan Azərbaycana ərzaq, sənaye və dərman vasitələrinin idxalında ciddi fasilələr yarana bilər.

“İdxalın zəifləməsi isə bazarda təklifin azalmasına gətirib çıxarır. Təklifin azalması fonunda isə qiymət artımları qaçılmazdır. Dərman preparatlarının qiymətləri Tarif Şurası tərəfindən tənzimlənsə də, yaranmış tələbat və bazar riskləri bu sahəyə də təsir edə bilər. Müharibə şəraitində risklər artdığı üçün sığorta haqları da yüksəlir. Bu isə idxal olunan məhsulların maya dəyərinin bahalaşmasına səbəb olur”.

Ekspertin sözlərinə görə, hazırkı geosiyasi vəziyyət fonunda İrandan Azərbaycana idxal olunan məhsulların qiymətində artım müşahidə oluna bilər. Xüsusilə, ərzaq və dərman preparatlarında qiymət artımı riski daha yüksəkdir.

Aynurə İsmayıl

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
10
3
konkret.az

4Mənbələr