AZ

Az qol vurdu, “sonradan 1 il” şərti qüvvəyə minmədi, yola salındı

“Sumqayıt”ın yola saldığı futbolçuların siyahısına yeni ad əlavə olunub.

“Gənclik şəhəri“ təmsilçisi bu ilin fevralında sıralarına qatdığı Bobur Abdixolikovla vidalaşıb.

Səbəb 27 yaşlı forvardın məhsuldarlığının aşağı olmasıdır. “Nasef“in yetirməsi Premyer Liqada cəmi 2 qol vurub.

Odur ki, “kimyaçılar“ müqavilədə nəzərdə tutulan “müddəti sonradan il uzatmaq“ şərtindən yararlanmaq istəməyib.

Orta asiyalı hələ 4 il qabaq Azərbaycana gələ bilərmiş. Özbəkistan millisinin hücumçusu 2021-ci ildə Premyer Liqamızın bir neçə klubuna təklif olunub.

Ona aid dosye "Neftçi" və "Keşlə" (indiki "Şamaxı") rəhbərliyinin masası üzərinə qoyulub.

"Keşlə" asiyalı legionerin xidmətindən imtina edib. Çünki menecerlər bu keçidin baş tutması üçün onlardan 160 min dollar istəyib.

"Neftçi" isə qarşı tərəfə nə "hə", nə də "yox" deyib. "Ağ-qaralar" gözləmə mövqeyi tutub.

Səbəbi məlumdur: Samir Abasov bu mövqe üzrə başqa namizədlər düşünüb.

Bobur Abdixolikov karyerası ərzində yerli “Nasaf”, Ukraynanın “Rux” (Lvov), Belarusun “Energetik” (Minsk) və Qazaxıstanın “Ordabası” klublarının şərəfini qoruyub.

Özbəkistan millisinin üzvü adıçəkilən ölkənin U-19, U-22 və U-23 yığmalarında da çıxış edib.

SPORTİNFO.AZ

Seçilən
26
sportinfo.az

1Mənbələr