Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İran-İsrail müharibəsinə son qoymaq üçün diplomatik danışıqları davam etdirir.
News24.az xəbər verir ki, bu çərçivədə Ərdoğan İran prezidenti Məsud Pezeşkianla ikinci telefon danışığı aparıb.
Görüşdə İsrail-İran münaqişəsi, regional və qlobal problemlər müzakirə olunub.
Ərdoğan görüş zamanı İsrail-İran arasındakı ziddiyyətli proseslə bağlı liderlərlə bir sıra təmaslar keçirdiyini, Türkiyənin münaqişələrin tez bir zamanda sona çatması və nüvə danışıqlarına qayıtması üçün yardımçı rol oynamağa hazır olduğunu bildirib.
Eyni zamanda, Türkiyənin regionda sülhün və sabitliyin qorunmasına verdiyi əhəmiyyətin vurğulayıb.
Günel Məlikzadə