AZ

Ərdoğan Pezeşkianla DANIŞDI

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iranlı həmkarı Məsud Pezeskianla telefon danışığı aparıb.

Modern.az xəbər verir ki, Türkiyə Prezidentinin Mətbuat xidmətinin məlumatına görə, liderlər İsrail və İran arasındakı münaqişəni, regional və qlobal məsələləri müzakirə ediblər.

Türkiyə Prezidenti bəyan edib ki, İran və İsrail arasında münaqişənin tezliklə dayandırılması və nüvə danışıqlarına qayıdılması üçün danışıqları asanlaşdırmağa hazırdır.

Ərdoğan qeyd edib ki, İsrail və İran arasında münaqişənin həlli ilə bağlı bir sıra ölkələrin liderləri ilə danışıqlar aparıb. O, Türkiyənin toqquşmalara tez son qoymaq və nüvə danışıqlarına qayıtmaq üçün vasitəçilik səylərinə hazır olduğunu da bildirib.

Ərdoğan Ankaranın bölgədə sülh və sabitliyin qorunmasına verdiyi önəmi vurğulayıb.
 

Seçilən
3
30
modern.az

10Mənbələr