AZ

FHN-in Gəncə Regional Mərkəzinə yeni rəis təyin edilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Gəncə Regional Mərkəzinə yeni rəis təyin edilib.

APA-nın yerli bürosunun məlumatına görə, bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov müvafiq əmr imzalayıb.

Əmrə əsasən polkovnik Rövşən Nəbiyev Gəncə Regional Mərkəzinin rəisi təyin olunub. Qeyd edək ki, ötən ay FHN-nin Gəncə Regional Mərkəzinin rəisi polkovnik Elnur Məhərrəmov vəzifəsindən azad olunaraq, Bakı Regional Mərkəzinin rəisi təyin edilib.

Seçilən
42
2
apa.az

10Mənbələr