AZ

Mirzoyan ATƏT sədrinə Ermənistan-Azərbaycan sülh müqaviləsinə yönəlmiş səylər barədə danışıb

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Finlandiyanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Elina Valtonenlə telefonla danışıb.

Bu barədə “Report” Ermənistan mətbuatına istinadən xəbər verir.

Məlumata görə, onlar Ermənistan-ATƏT əməkdaşlığı məsələlərini müzakirə ediblər. A.Mirzoyan və Elina Valtonen həmçinin regional məsələlər ətrafında da fikir mübadiləsi aparıblar. A.Mirzoyan Ermənistan və Azərbaycan arasında nizamlanma prosesində son müzakirələri, o cümlədən sülh müqaviləsinin imzalanmasına yönəlmiş səylər barədə danışıb.

Seçilən
31
9
musavat.com

10Mənbələr