AZ

Gəncədəki partlayışda xəsarət alan şəxsin vəziyyəti açıqlandı YENİLƏNİB

ain.az, Unikal.az portalına istinadən məlumat verir.

Gəncədə qaz partlayışı zamanı xəsarət alan şəxsin vəziyyəti açıqlandı.

TƏBİB-dən "Unikal"a verilən məlumata görə, 1989-cu il təvəllüdlü şəxs (qadın cinsli) 16.06.2025-ci il  tarixində saat 14:30 radələrində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Üz nahiyəsinin 1-ci dərəcəli termiki yanığı diaqnozu təyin edilən pasiyentə zəruri tibbi yardımlar göstərilib. Vəziyyəti stabil olan şəxs ambulator müalicə üçün evə buraxılıb.

XXX

15:44

Gəncədə qaz partlayıb, qadın yanıq xəsarəti alıb.

"Unikal"ın məlumatına görə, hadisə rayonun ərazisində baş verib. Şəhər sakini, 1989-cu il təvəllüdlü G.Əsgərova üz  nahiyəsinin yanığı xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Dərhal ona yardım edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Məlumata görə, qadın yaşadığı evin vanna otağında qazla çalışan qızdırıcını yandıran zaman ehtiyatsızlıqdan partlayış olub. Nəticədə o, yanıq xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
4
unikal.az

10Mənbələr