Zaqatalada 5 yaşlı uşağın üstündən “Kamaz” markalı yük avtomobili keçib.
Viral.az APA-ya istinadən xəbər verir ki, hadisə axşam saatlarında Zaqatala şəhəri ərazisində baş verib.
Belə ki, 5 yaşlı Elman Məcid oğlu Şeyxəliyev 60 yaşlı Zaqatala şəhər sakini Hacıömər Hacırəhim oğlu Abbasovun idarə etdiyi “Kamaz” markalı yük avtomobilinin altında qalıb.
Son Yazılar:
- Zaqatalada 5 yaşlı uşaq yük avtomobilin altında qalaraq ÖLDÜ
- Qazaxda evə basqın edərək ər və arvada xəsarət yetirən şəxs saxlanıldı
- İran İsrailin hücumlarına yaxın saatlarda cavab verəcək
Hadisə zamanı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan E. Şeyxəliyev Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə Korpusuna yerləşdirilib.
Azyaşlı xəstəxanaya daxil olduqdan bir qədər sonra dünyasını dəyişib.
Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.