AZ

Olimpiadaya Rusiyanın əvəzinə Fransa yollanacaq

BAKI, 16 iyun. TELEQRAF

Hokkey üzrə Fransa yığması 2026-cı il Olimpiya Oyunlarında Rusiya komandasının əvəzinə iştirakçı kimi təsdiqlənib.

Teleqraf xəbər verir ki, bu barədə Fransa Hokkey Federasiyasının rəsmi saytında məlumat verilib.

Məlumata görə, daha əvvəl Beynəlxalq Hokkey Federasiyasının prezidenti Luk Tardif də Rusiya yığmasının 2026-cı il Olimpiya Oyunlarında iştirak etməyəcəyini bildirmişdi.

Xatırladaq ki, 2026-cı il Qış Olimpiya Oyunları fevralın 6-dan 22-dək İtaliyada keçiriləcək. Kişilər arasında hokkey turnirində 12 yığma komanda iştirak edəcək.

Seçilən
19
teleqraf.com

1Mənbələr