AZ

"Rus dili ana dilimizdir" deyən deputat saxlanıldı

Latviya Sabitlik Partiyasının lideri Aleksey Roslikovs "Rus dili ana dilimizdir", sözlərindən sonra Latviya Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən saxlanılıb.

"Unikal" xəbər verir ki,  bu  barədə "Delfi" nəşri məlumat yayıb. 

Roslikov bildirib ki, Dövlət Təhlükəsizlik Xidməti onun evində, eləcə də valideynlərinin evində axtarışlar aparıb.

Latviya DTX daha sonra siyasətçinin dindirildiyini və onunla əlaqəli yerlərdə axtarışların aparıldığını təsdiqləyib.

Siyasətçi Cinayət Məcəlləsinin iki maddəsi ilə ittiham olunur. 

İyunun 5-də Seymin kürsüsündən rus dilində çıxış edən Roslikov parlament qaydalarını pozan müzakirə zamanı Latviya əhalisinin əhəmiyyətli hissəsinin rus dilində olduğunu, hər gün evdə rus dilində danışan, eyni zamanda ölkənin inkişafında iştirak etdiyini və onlarsız ölkənin inkişaf edə bilməyəcəyini vurğulayıb. Çıxışının sonunda Roslikov rus dilində bəyan edib: "Rus dili bizim dilimizdir" və bundan sonra onun iclasda iştirakdan kənarlaşdırılması və zaldan çıxarılması qərara alınıb.

Gülayə Mecid

Seçilən
34
2
unikal.az

3Mənbələr