AZ

İsrailin İrana hücumları zamanı ən çox ziyan bu əraziyə dəyib YENİLƏNİB

GlobalInfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

İsrailin İrandakı nüvə obyektlərinə endirdiyi hücumlar nəticəsində ən böyük zərər Natanzdakı uran zənginləşdirmə obyektinə dəyib.

Globalinfo.az xəbər verir ki, bu barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş direktoru Rafael Qrossi “BBC” telekanalına müsahibəsində bildirib.

“Fikrimcə, ən böyük dağıntı Natanzdakı obyektə dəyib. Burada yerüstü uran zənginləşdirmə qurğusu tamamilə dağıdılıb, elektrik sistemi, paylayıcı cihazlar və enerji bağlantıları isə demək olar ki, tam zədələnib. Xarici enerji təchizatının qəfil itirilməsi səbəbilə sentrifuqaların ciddi şəkildə zədələndiyini və ya tamamilə məhv olduğunu ehtimal edirik. Buna görə də obyektin daxildən zərər görmədiyini demək düzgün olmaz. Düşünürəm ki, daxili sistemlərə də zərər dəyib, hərçənd içəridə birbaşa kinetik dağıntı qeydə alınmayıb”, – deyə Qrossi bildirib.

Onun sözlərinə görə, hazırda təhlükəsizlik səbəbilə bu obyektlərdə heç bir yoxlama həyata keçirilmir.

“Heç vaxt inspektorlarımı belə təhlükəyə ata bilmərəm. Bu səbəbdən həmin obyektlər bağlanıb və adi fəaliyyətlər üçün əlçatan deyil. Biz İranın tənzimləyici qurumu ilə daim əlaqədəyik”, – deyə Qrossi vurğulayıb.

*** 19:12

İranda son hücumlar zamanı ən çox zərər alan nüvə obyektlərindən biri Natanzdakı kompleks olub.

Globalinfo.az xəbər verir ki, bu barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş direktoru Rafael Qrossi məlumat verib.

Onun sözlərinə görə, AEBA İranın nüvə təhlükəsizliyinə cavabdeh tənzimləyici qurumu ilə daimi əlaqədədir.

Xəbər yenilənir…

Aysel Əliyeva

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
24
1
globalinfo.az

2Mənbələr