AZ

15 İyun Milli Qurtuluş Günü münasibətilə Neftçalada xeyriyyə tədbiri keçirildi - FOTOLAR

15 Iyun Milli Qurtuluş Günü ilə əlaqədar Güvən Xeyriyyə İctimai Birliyi və Neftçalada Qadınların Sosial İnkişafına Dəstək İctimai Birliyinin əməkdaşlığı çərçivəsində xeyriyyə tədbiri keçirilib.

QHT.az xəbər verir ki, 15 İyun Milli Qurtuluş Günü ilə əlaqədar ümummilli lider  Heydər Əliyev ideyalarına sadiq qalaraq Neftçala rayonu Aşağı Qaramanlı kəndində 50 nəfər azyaşlı üçün tədbir təşkil olunub. Tədbirdə iştirakçılara müxtəlif hədiyyələr təqdim edilib.

Çay süfrəsi arxasında musiqi ilə müşaiyət olunan tədbirdən azyaşlılar və onların valideynləri məmnun qaldıqlarını bildiriblər.

Tədbirin keçirilməsində maliyyə dəstəyi Güvən Xeyriyyə İctimai Birliyi, təşkilati dəstək Neftçalada Qadınların Sosial İnkişafına Dəstək İctimai Birliyi tərəfindən icra olunub.

 

Seçilən
29
qht.az

1Mənbələr