Cənubi Afrikanın Şərqi Keyp əyalətində güclü yağış və qar fırtınasının səbəb olduğu daşqınlar nəticəsində ölənlərin sayı 90 nəfərə çatıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata görə, ötən həftə güclü yağışların səbəb olduğu daşqınlarda 30-u uşaq olmaqla ümumilikdə 90 nəfər həyatını itirib.
Bəyanatda cəsədinin şəxsiyyəti müəyyən edilən 80 nəfərdən 77-nin ailələrinə təhvil verildiyi bildirilib və bölgədə axtarış-xilasetmə işlərinin davam etdiyi qeyd edilib.