Bu gün UEFA Avropa Liqasının 2025/2026 mövsümünün birinci təsnifat mərhələsinin püşkü atılacaq.
Offsideplus.az xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərində yerləşən mənzil-qərargahında keçiriləcək tədbir zamanı Azərbaycan Kubokunun son qalibi "Sabah" klubunun rəqibi müəyyənləşəcək.
Təmsilçimiz "səpələnməmişlər" səbətində yer alıb. Komandamızın rəqibi daha güclülərin yer aldığı "səpələnmişlər" səbətindəki 8 kollektivdən biri olacaq.
"Sabah"ın potensial rəqibləri:
"Şaxtyor" (Donetsk, Ukrayna)
"Legiya" (Polşa)
"Partizan" (Serbiya)
"Şerif" (Moldova)
ÇFR (Rumıniya)
"Hapoel Beer Şeva" (İsrail)
"Çelye" (Sloveniya)
"Spartak" (Trnava, Slovakiya)
Püşkatma mərasimi Bakı vaxtı ilə saat 17-də başlanacaq.
Avropa Liqasının birinci təsnifat mərhələsinin qarşılaşmaları 10-17 iyulda keçiriləcək.
Yarışın final matçı 2026-cı il mayın 20-də İstanbulun "Beşiktaş Park" stadionunda oynanılacaq.