BAKI, 17 iyun. TELEQRAF
İsrailin İrana hücumunda məqsəd Tehranla Vaşinqton arasında razılaşmanı pozmaqdır.
Teleqraf xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi sosial şəbəkə hesabında yazıb.
O bildirib: "Benyamin Netanyahu axtarışda olan hərbi cinayətkardır. O, eyni zamanda, təxminən otuz ildir ki, ABŞ prezidentlərini aldadıb, müharibələrini aparmağa çalışan fırıldaqçıdır... Bütün əlamətlərə görə, Netanyahunun İrana cinayətkar hücumunun - qadınlar və uşaqlar da daxil yüzlərlə günahsız mülki şəxsin qətlinin vasitəsilə - İran və ABŞ arasında əldə etmək istədiyimiz razılaşmanı pozmaqdır. O, bir ABŞ Prezidentini də əldə saxlayır və getdikcə daha çox amerikalı vergi ödəyicisini axmaq yerinə qoyur".
Nazir vurğulayıb: "Qüdrətli silahlı qüvvələrimiz dünyaya açıq mesaj verir ki, Təl-Əvivdəki sığınacaqlarda gizlənən hərbi cinayətkarlar cəzasız qalmayacaqlar. Biz qorxaqları bir daha xalqımıza atəş açmamalarına əmin olmaq üçün lazım olan müddətdə vurmağa davam edəcəyik".