AZ

Əraqçi: İran başqa ölkələrlə qarşıdurma istəmir

BAKI, 17 iyun. TELEQRAF.

İranın xarici işlər naziri Abbas Əraqçi İraqın xarici işlər naziri və baş nazirin müavini Fuad Hüseynlə telefon danışığında regionda vəziyyətin inkişafını müzakirə edib.

Teleqraf xəbər verir ki, bu barədə İraqın İNA xəbər agentliyi məlumat yayıb.

Əraqçi söhbət zamanı deyib: "Sionist varlıq (İsrail - red.) İran körfəzi regionunu da bura daxil etməklə müharibəni genişləndirməyə çalışır. İranın mövqeyi aydındır: o, istər coğrafi, istərsə də hər hansı başqa ölkə ilə münasibətdə münaqişənin yayılmasını rədd edir. Davam edən əməliyyatlar İranın sionist hücumlarına müdafiə cavabının bir hissəsi kimi həyata keçirilir və digər tərəflərlə qarşıdurmanı gücləndirmək məqsədi daşımır”.

Seçilən
34
1
teleqraf.com

2Mənbələr