AZ

Trampdan komandasına GÖSTƏRİŞ: İran rəsmiləri ilə təcili...

ABŞ Prezidenti Donald Tramp komandasına İran rəsmiləri ilə mümkün qədər tez təmas qurmağı tapşırıb.

Bakıvaxtı.az bu barədə xarici mətbuata istinadla xəbər verir.

Məkumata görə, Tramp İran və İsrail arasında davam edən gərginlik fonunda komandasına İran rəsmiləri ilə tezliklə görüşməyə çalışmaları barədə göstəriş verib.

Tərəflər arasında ilk təmaslar artıq bazar ertəsi baş tutub.

Kanadada keçirilən G7 sammiti çərçivəsində Avropa liderləri ilə söhbətində Tramp bildirib ki, İsrail və İran arasında atəşkəsə nail olmaq məqsədilə danışıqlar aparılır.

"ABŞ lideri İran tərəfinin münaqişəni diplomatik yolla həll etməyə nə dərəcədə ciddi yanaşdığını qiymətləndirməyə çalışır" - CNN-nin məlumatında bildirilir .

Seçilən
17
2
bakivaxti.az

3Mənbələr