AZ

ABŞ təcili İran rəsmiləri ilə təmaslara başlayır

ABŞ prezidenti Donald Tramp administrasiyasına İran rəsmiləri ilə tez bir zamanda görüş keçirməyə çalışmağı tapşırıb.

Musavat.com xəbər verir ki, məlumatı CNN mənbələrə istinadən yayıb.

Bildirilir ki, Tramp təcili olaraq İranın İsraillə münaqişənin diplomatik yollarla həllində ciddi olub-olmadığını öyrənməyə çalışır. Televiziya şirkətinin məlumatına görə, Tramp Kanadada keçirilən G7 sammitində Avropa liderlərinə bildirib ki, hazırda İran və İsrail arasında atəşkəslə bağlı danışıqlar aparılır.

ABŞ prezidenti bu həftə Amerika və İran rəsmiləri arasında görüş gözlədiyini də açıqlayıb.

CNN-in qeyd etdiyinə görə, İsrail İran ərazisinə zərbələr endirməyə başlayandan sonra Tramp sakitcə öz komandasından İran nümayəndələri və vasitəçilərlə əlaqə kanallarını açıq saxlamağı xahiş edib.

“The New York Times” isə xəbər verir ki, Tramp xüsusi elçisi Stiven Vitkoff və vitse-prezident J.D.Vensə bu həftə İran nümayəndələri ilə görüşməyə cəhd etməyi təklif edib.

Qəzet qeyd edir ki, görüş baş tutsa, İranı böyük ehtimalla xarici işlər naziri Abbas Əraqçi təmsil edəcək.

Musavat.com

Seçilən
7
musavat.com

1Mənbələr