AZ

"Hər ikisini bağışladım"

Müğənni Günel Zeynalova ona ən çox ünvanlanan sualları cavablandırıb. 

Sənətçi bu haqda 106.3 FM-də dicey Kazım Sübhanın qonağı olarkən danışıb.

O, keçmiş nişanlısı, iş adamı Reza Zərrab və türkiyəli müğənni Ebru Gündeşlə aralarındakı küsülülükdən söz açıb:

"Zaman keçdikcə kinim, birinə əsəbim bitdi. Həyatınızda olan nişanlınızı, Ebru Gündeşi bağışladınız? Hamını bağışladım".

Günel plastik əməliyyat iddialarına cavab verib:

"Məndə estetik var? Bir burnum, bir də dodağımdır. Deyirlər, yox yanağını düzəltdirmisən, üzünü dəyişdirmisən. Allah bilir ki, heç nə yoxdur".

Qeyd edək ki, Ebru Günel iş adamı Reza Zərrabla nişanlı olan ərəfədə onunla eşq yaşayıb. Daha sonra Ebru və Reza ailə qurub, bir neçə il əvvəl isə ayrılıblar. Onların bu nikahdan bir qız övladı var.   (Axşam.az)

Seçilən
4
4
musavat.com

10Mənbələr