AZ

Çalhanoğlu barədə qərar verildi

Futbol üzrə Türkiyə millisinin kapitanı Hakan Çalhanoğlunu "İnter"dəki taleyi bəlli olub.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İtaliya nəhəngi bu yay oyunçusunu satmağı planlaşdırmır. 

Jurnalist Luka Markettiyə görə, komanda ulduz futbolçuya əvəzedici axtarmır və heç bir klubla transfer danışıqları aparmır. 

Qeyd edək ki, 31 yaşlı Hakan ötən mövsüm bütün turnirlərdə 47 matçda, 11 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "İnter"lə müqaviləsi 2027-ci ilin yayında bitir.

Hüseyn
Milli.Az

Seçilən
8
milli.az

1Mənbələr