AZ

Qaxın turizm potensialının inkişafı üzrə yeni fəaliyyət planı müzakirə edilib (FOTO)

Bakı.Trend:

Qax rayonunun turizm imkanlarının inkişaf etdirilməsi vədayanıqlı turizm modelinin formalaşdırılması məqsədilə Qax Turizmİnkişaf Planı üzrə işçi qrup əməkdaşlıq və koordinasiyaməsələlərini müzakirə etmək üçün görüş keçirib.

Trend DövlətTurizm Agentliyinə istinadən xəbər verir ki, tədbirdə Dövlət TurizmAgentliyi, Qax Rayon İcra Hakimiyyəti, Ekologiya və Təbii SərvətlərNazirliyi, Mədəniyyət Nazirliyi, Azərbaycan Turizm Bürosu,Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, “Azərbaycan Dəmir Yolları”QSC, assosiasiya rəhbərləri, regionda fəaliyyət göstərən turizmsənayesi və rayon bələdiyyələrinin nümayəndələri iştirakediblər.

Görüş zamanı infrastrukturun təkmilləşdirilməsi,rəqabətqabiliyyətli turizm məhsullarının yaradılması, marketinq vərəqəmsallaşmanın gücləndirilməsi, xidmət səviyyəsinin artırılmasıvə insan resurslarının inkişafı olmaqla, 5 əsas istiqaməti əhatəedən yeni fəaliyyət planı ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edilib ki, fəaliyyət planı çərçivəsində Qax rayonununbeynəlxalq turizm mərkəzinə çevrilməsi, yerli icmaların sosial vəiqtisadi rifahının yaxşılaşdırılması hədəflər sırasındadır.Hədəflərə çatmaq məqsədilə tərəfdaş qurumlarla əməkdaşlığınmöhkəmləndirilməsi istiqamətində müzakirələr aparılaraq ilkinrazılaşmalar əldə olunub.

Qaxın
Qaxın
Seçilən
6
9
az.trend.az

10Mənbələr