AZ

“Qəbələ” hazırlıq planını açıqlayıb

“Qəbələ”nin yay hazırlıq planı bəlli olub.

Klubdan İdman.biz-ə verilən məlumata görə, bölgə təmsilçisi iyunun 30-da Qəbələdə hazırlıqlara başlayacaq.

Toplanışın ilk mərhələsi 14 gün davam edəcək.

Bu müddət ərzində 2 yoxlama oyunu planlaşdırılıb. Hazırlıq matçları iyunun 6-sı və 14-ü baş tutacaq. İkinci yoxlama oyunu “Şamaxı”ya qarşı keçiriləcək.

Təlim məşq toplanışının ikinci mərhələsinə iyunun 14-də start veriləcək. Avqustun 8-dək Qəbələdə davam edəcək hazırlıq dövründə daha 5 oyun keçirilməsi planlaşdırılır. Rəqiblər və matçların vaxtı hələlik dəqiqləşməyib.

İdman.biz

Seçilən
7
11
idman.biz

10Mənbələr