Ağdamın Sarıcalı kəndinə "Böyük Qayıdış" planına uyğun olaraq, əhalinin köçürülərək məskunlaşması prosesi başlayıb. Birinci mərhələdə biz Sarıcalı kəndinin ərazisinii minalardan təmizləmişik. İkinci mərhələ kimi, Sarıcalı kəndinin ətrafında kənd təsərrüfatı təyinatlı torpaqlar təmizlənməlidir ki, kənd əhalisi burada çalışa bilsin.
APA xəbər verir ki, bunu ANAMA İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib.
Qeyd olunub ki, Sarıcalı kəndi keçmiş təmas xəttinə düşən ərazilərdən biridir. Burda təxminən 30 il ərzində minalanma baş verib: “Burada həddindən artıq mənalarla çirklənmə var. Amma bizim qüvvələr burada kifayət qədər uğurla çalışırlar. Hazırda "SARICALI 008" sahəsində işlər yekunlaşmaq üzrədir. Yekunlaşdıqdan sonra, növbəti əraziyə keçid olacaq. Ümumiyyətlə, 44 günlük Vətən müharibəsindən sonra, Ağdam rayonu üzrə 35 min hektara yaxın ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib”.