AZ

Ermənistan və Hindistan Tehrandan hindistanlı tələbələrin təxliyəsini müzakirə edib

Ermənistan və Hindistanın xarici işlər nazirləri Ararat Mirzoyan və Subramanyam Cayşankar hindistanlı tələbələrin təxliyəsi məsələsini müzakirə ediblər.

“Report” xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan “X” sosial şəbəkəsində yazıb.

"Ermənistan və Hindistanın xarici işlər nazirləri hindistanlı tələbələrin İrandan Ermənistan ərazisi ilə təxliyəsi imkanını müzakirə ediblər. Ermənistan müvafiq yardım göstərib", - o bildirib.

“Hindustan Times” qəzeti Hindistan XİN-ə istinadən xəbər verib ki, Tehranda olan hindistanlı tələbələr şəhərdən çıxarılıb.

Seçilən
3
1
report.az

5Mənbələr