AZ

ANAMA: Ağdam rayonunda 35 min hektar ərazi minadan təmizlənib

AĞDAM, 17 iyun. TELEQRAF

Kənd əhalisinin rahat işləməsi üçün Sarıcalı kəndinin ətrafındakı kənd təsərrüfatı təyinatlı torpaqlar minadan təmizlənməlidir.

Teleqraf-ın yeli müxbirinin xəbərinə görə, bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib.

Onun sözlərinə görə, "Böyük Qayıdış" planına uyğun olaraq artıq əhalinin işğaldan azad olunmuş ərazilərə köçürülərək məskunlaşması prosesi başlayıb və birinci mərhələdə Sarıcalı kəndinin ərazisi təmizlənib:

“Sarıcalı kəndi keçmiş təmas xəttinə düşən ərazilərdəndir. Burda təxminən 30 il ərzində minalanma aparılıb. Minalarla həddindən artıq çirklənmə var. Amma bizim qüvvələr burada kifayət qədər uğurla çalışırlar. Hazırda "SARICALI 008" sahəsi yekunlaşmaq üzrədir. Yekunlaşdıqdan sonra, növbəti əraziyə keçid olacaq”.

ANAMA İdarə Heyətinin sədri xatırladıb ki, 44 günlük vətən müharibəsindən sonra Ağdam rayonu üzrə 35 min hektara yaxın ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib:

“Minatəmizləmə fəaliyyəti işğaldan azad olunmuş bütün rayonlarda, o cümlədən Qazaxda da icra olunur. Bu günədək 206 min hektardan çox sahə mina və partlamamış hərbi sursatlardan tamamilə təmizlənib, 199 minə yaxın mina və partlamamış hərbi sursatlar aşkar edilərək zərərsizləşdirilib”.

V.Süleymanov bildirilib ki, partlayışlar həyata keçirilərkən yaxında olan tikililər və insanların çox narahat olmamasına xüsusi diqqət göstərilir.

Seçilən
9
3
teleqraf.com

4Mənbələr