AZ

IEA Azərbaycanda 2030-cu ilədək maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu açıqlayıb

Beynəlxalq Enerji Agentliyi (IEA) Azərbaycanda 2025-2030-cu illər üçün orta hesabla gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu açıqlayıb.

Bu barədə “APA-Economics” Agentliyin "Oil 2025: Analysis and forecast to 2030" hesabatına iastinadən xəbər verir.

Hesabata əsasən, 2025-ci ildə qeyd olunan göstərici 590 min barel təşkil edəcək, bu da 2024-ci ilin göstəricisi ilə müqayisədə 10 min barel azdır.

Agentliyin proqnozuna əsasən, Azərbaycanda maye karbohidrogenlərin gündəlik hasilatı 2026-cı ildə 620 min barel, 2027-ci ildə - 600 min barel, 2028-cü ildə - 580 min barel, 2029-cü ildə 560 min barel, 2030-cü ildə isə 550 min barel səviyyəsində olacaq.

Rəqəmlərdən göründüyü kimi, gələn il ölkədə maye karbohidrogenlərin hasilatında artım, ardınca isə tədricən azalma müşahidə olunacaq.

Seçilən
6
1
apa.az

5Mənbələr