AZ

İrana nümayəndələrimi göndərməyə hazıram – Tramp

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp İranla-İsrail arasında münaqişəninnizamlanması üçün rəsmi Tehranla danışıqlara vitse-prezident Cey DiVens və ya xüsusi səfiri Stiven Uitkoffu göndərməyə hazır olduğunubəyan edib.

Trend xəbər verirki, bu barədə “CBS News” telekanalının jurnalisti Cennifer Yakobssosial şəbəkə hesabında paylaşım edib.

Qeyd edilir ki, Tramp eyni zamanda, Tehranın Amerikanın YaxınŞərqdəki hərbi bazalara hücum etmək qərarına gələcəyi təqdirdəBirləşmiş Ştatların İrana sərt şəkildə cavab verəcəyinibildirib.

Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi havazərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəlihərbçi, o cümlədən, İran Silahlı Qüvvələri Baş Qərargah rəisiMəhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) başkomandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanıQulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb.

Elə həmin günün axşamı, İran “Həqiqi Vəd III Əməliyyatı” iləIsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərəyüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu damülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.

Məqalədə:
Seçilən
0
1
az.trend.az

2Mənbələr