AZ

Tehranın maliyyə dayağına hücum: Yırtıcı sərçə Sepah Bank ın məlumatlarını məhv etdi

Oxu.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

İsraillə əlaqəli olduğu bildirilən "Gonceşke Darande" ("yırtıcı sərçə") adlı haker qrupu ABŞ sanksiyaları altında olan İranın "Sepah Bank"ına qarşı genişmiqyaslı kiber hücum həyata keçirdiyini və bankın məlumatlarını məhv etdiyini iddia edib.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə qrupun "X" sosial şəbəkəsində yaydığı açıqlamada bildirilir.

"Sepah Bank" beynəlxalq sanksiyalardan yayınaraq İran xalqının pullarını terror nümayəndələrini, ballistik raket proqramını və hərbi nüvə proqramını maliyyələşdirmək üçün istifadə edən bir qurum idi. Bu əməliyyatı mümkün edən cəsur iranlılara təşəkkür edirik", - deyə paylaşımda vurğulanır.

Sosial mediada yayılan məlumatlara əsasən, bu gün səhər saatlarından etibarən "Sepah" Bank"ın xidmətləri fəaliyyətini dayandırıb. Hazırda bankın rəsmi qurumları tərəfindən hücumla bağlı rəsmi açıqlama verilməyib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
1
4
oxu.az

5Mənbələr