AZ

KİV: “İran ordusunun İsrailə endirdiyi raket zərbələri Təl-Əvivi tamamilə iflic edib”

İran ordusunun İsrail ərazisinə endirdiyi raket zərbələri Təl-Əvivi tamamilə iflic edib.

Oxu.Az xəbər verir ki, bu barədə “Fars” agentliyi hadisə şahidlərinə istinadən məlumat verib.

Qeyd olunur ki, insanlar vaxtlarının çoxunu bomba sığınacaqlarında keçirirlər. Xarici diplomatlar, səfirlik əməkdaşları və İsrail vətəndaşları hazırda ölkəni qurudan İordaniya ilə sərhəddən, eləcə də Aralıq dənizi vasitəsilə Kiprə doğru tərk edirlər.

Məlumata görə, raket zərbələri elektrik enerjisi və yanacaq təchizatında fasilələrə səbəb olub.

Seçilən
8
1
editor.az

2Mənbələr